20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan basketbolçuları üçün uğursuz alınıb. Komandamız 71:75 hesabıyla məğlub olub.
Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə də məğlub olmuşdu.
Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da Gürcüstan seçməsinə qarşı olacaq.