2020-ci ilin yanvarında, 13 yaşlı qızı ilə birlikdə helikopter qəzasında dünyasını dəyişmiş məşhur basketbolçu Kobe Brayantın daha bir forması hərracda satılıb.
Fanat.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, Brayantın 2013-cü ildə “Qolden Steyt”i məğlub etdikləri matçda (118:116) daşıdığı idman geyimini 1,2 milyon dollara alıblar.
Daha öncə mərhum basketbolçunun 2007/2008 mövsümündə geyindiyi forma 5,8 milyon dollara satılmışdı.