Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşünə çıxıb.
Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz Gürcüstanın U-18 seçməsi ilə qarşılaşıb.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi kollektiv rəqibinə 67:73 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan seçməsi təlim-məşq toplanışı çərçivəsində daha bir neçə sınaq matçı keçirməyi planlaşdırır.