Bu gün 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 19-cu yer uğrunda oyunda Ermənistanla qarşılaşacaq.
Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda görüşdə İsveçrəyə 40:101 hesabı ilə uduzub.