"Abşeron" heyətinə gənc basketbolçu qatıb.
Fanat.Az xəbər verir ki, U-16 millisinin üzvü Azər İbrahimov bu mövsüm komandanın şərəfini qoruyacaq.
Oyun qurucusu yüksək liqada debüt edəcək.
Qeyd edək ki, buna qədər "Abşeron" heyətini amerikalı Sedrik Conson, Jaja Davis, Lari Robinson, Jalen Souv, yerli basketbolçulardan isə Hüseyn Məmmədov və İsmayıl Abdullayevlə gücləndirib. Ötən mövsüm komandanın (köhnə adı ilə "Xırdalan") şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.