Bu ildən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Ordu” klubunda yeni təyinat reallaşıb.
Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Anar Hacıyev komandanın məşqçisi təyin olunub.
O, baş məşqçi Alberto Blankonun köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Anar Hacıyev son olaraq “Sərhədçi” klubunda və Azərbaycanın U-20 yığmasında köməkçi məşqçi kimi çalışıb.