“Sabah”ın FİBA Avropa Liqasında daha bir rəqibinin adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu, Yunanıstanın “Marussi” klubudur.
Onlar təsnifat mərhələsində Kosovo “Peja”sını hər 2 oyunda məğlub edərək (106:81, 98:75) buna nail olublar.
Təmsilçimiz bu komanda ilə oktyabrın 16-da evdə, noyabrın 6-da səfərdə qarşılaşacaq.
Qeyd edək ki, FİBA Avropa Liqasının G qrupunda qərarlaşan “Sabah”ın digər rəqibi İsveçin "Norçepinq Dolfins" komandasıdır.