Azərbaycan Basketbol Liqasının I turunda "Sumqayıt"a 103:80 hesabı ilə qalib gələn "Ordu"nun amerikalı oyunçusu Brendon Taker matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini klubun mətbuat xidməti belə çatdırıb: oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"İlk oyunlar həmişə çətin olur. Amma biz bunun öhdəsindən gəlib qələbə qazandıq. Bu oyundan həm müsbət, həm də mənfi məqamları özümüz üçün müəyyənləşdirməli və nəticə çıxarmalıyıq. Çünki bu, qələbə seriyasının davam etdirilməsi üçün çox vacibdir. Bu komandanın nəyə qadir olması məni çox həyəcanlandırır. Mövsümün qalan görüşlərini səbirsizliklə gözləyirəm”.