Azərbaycan Basketbol Liqasında IX tur davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 2 oyun keçirilib.
Oyunlar Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb.
Günə B qrupunun matçı ilə start verilib. “Ordu” “Lənkəran”ı sınağa çəkib və asan qələbə qazanıb. Qonarlaq yalnız ilk dövrədə rəqibə ciddi müqavimət göstərə biliblər.
Turun digər oyunu A qrupunda keçirilib. Mövsümə uğursuz start verən “Neftçi” növbəti uğura imza atıb. "Ağ-qaralar" “Sərhədçi”ni məğlub ediblər.
Qeyd edək ki, IX turun son üç oyunu 2025-ci ildə baş tutacaq. Qarşılaşmalar matəm günü ilə bağlı təxirə salınıb.
Azərbaycan Basketbol Liqası
IX tur
25 dekabr
A qrupu
“Neftçi” – “Sərhədçi” 77:65 (19:12, 20:19, 15:17, 21:17)
Sərhədçi İdman Mərkəzi
B qrupu
“Ordu” – “Lənkəran” 99:51 (20:20, 27:10, 34:5, 18:6)
Sərhədçi İdman Mərkəzi