Azərbaycan Basketbol Liqasında XII tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha iki oyun baş tutacaq.
A qrupunda “Naxçıvan” NTD ilə görüşəcək. Saat 12:30-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.
Digər görüşdə B qrupunda yarışan “Gəncə” ilə “Quba” münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.
Qeyd edək ki, tura yanvarın 26-da keçiriləcək “Şəki” – “Ordu” matçı ilə yekun vurulacaq.