"Abşeron"un baş məşqçisi Erhan Toker "Neftçi"yə uduzduqları matçdan - Azərbaycan Basketbol Liqasının XV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis məğlubiyyəti belə şerh edib:
"Bəzi oyunçularımız Amerikaya yollandılar. Yeni transferimiz Ömər Yavaş yenidən Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Məşq meydançaları ilə bağlı problemlərimiz oldu. 2 oyunçu komandamıza yeni qoşulub. Ümumi baxsaq, bu oyuna hazırlıq cəmi 3 gün çəkdi. Növbəti matçlarda qələbə qazanmaq üçün mübarizə aparacağıq. Düzdür, komandamız özünə gələnə qədər müntəzəm mövsüm yekunlaşacaq və biz "üçlük"də olmayada bilərik. Yeni oyunçuları heyətə cəlb edəndə sırf ilk "üçlük"də qərarlaşmağı deyil, pley-off və "4-lər" finalına vəsiqə qazanmağı əsas hədəf kimi qarşıya qoymuşuq".
Qeyd edək ki, "Neftçi" - "Abşeron" qarşılaşması ikincilərin 56:80 hesablı məğlubiyyəti ilə yekunlaşıb.