Azərbaycan Basketbol Liqasında 15-ci turun növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş reallaşıb.
“Ordu” “Quba”ya qalib gəlib. B qrupunda baş tutan oyunda Alberto Blankonun rəhbərlik etdiyi komanda 103:68 hesablı qələbəyə sevinib.
“Gəncə” isə “Sumqayıt” səfərində qələbə qazanıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun ötən gün baş tutan “Neftçi” – “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.