Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, mərhələnin birinci oyunda NTD "Neftçi"ni məğlub edib.
Sözügedən komanda rəqibini 88:83 hesabı ilə üstələyib.
Dİgər yarımfinal matçında isə "Gəncə" "Naxçıvan"dan üstün olub - 86:80.
Beləliklə, hər iki finalçı müəyyənləşib. Həlledici matçda "Gəncə" NTD-nin rəqibi olub.
Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.