Bu gün basketbol üzrə Azərbaycan Kubokunda final qarşılaşması keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışın qalibi "Gəncə" və NTD komandalarının duelində müəyyənləşəcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən mövsüm kubokun sahibi "Neftçi" olub. "Ağ-qaralar" yarımfinalda NTD-yə uduzaraq tituldan məhrum olub.