Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, final matçında NTD və "Gəncə" komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 81:72.
Qeyd edək ki, ötən mövsüm "Neftçi" bu titula sahib çıxıb.