Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçı Gəncə İdman Sarayında baş tutub.
B qrupunun matçında ev sahibi “Gəncə” “Sumqayıt”ı 94:92 hesabı ilə məğlub edib.
Turun əvvəlki matçlarında “Şəki” “Lənkəran”ı 107:78, “Ordu” “Quba”nı 97:88, “Neftçi” “Abşeron”u 85:77, “Sərhədçi” NTD-ni 103:77, “Sabah” isə “Naxçıvan”ı 111:89 hesabı ilə yenib.