Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə "Gəncə" "Lənkəran"la qarşılaşıb.
Gəncə İdman Sarayında reallaşan qarşılaşma meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər növbəti matçı aprelin 13-də keçiriləcək. Cütün qalibi 1/4 finalda "Şəki"nin rəqibi olacaq.
Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.