“Gəncə” Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qalib gəlib.
Fanat.Az xəbər verir ki, Nizami yurdunun təmsilçisi “Şəki”ni qəbul edib.
Gəncə İdman Sarayındakı qarşılaşma meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə bitib.
İlk qarşılaşmada “Şəki” qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda “Sabah” – “Sərhədçi” duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.