Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün ikinci matç baş tutacaq.
Fanat.Az xəbər verir ki, “Neftçi” və “Sabah” növbəti dəfə üz-üzə gələcəklər.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 14:00-da başlayacaq.
İlk matçda "Sabah" "Neftçi"ni 94:89 hesabı ilə məğlub edib.
Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki qarşılaşma 6 və 8 mayda keçiriləcək.