16 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının C divizionunda keçirdiyi ikinci oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Andorra seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, milli ilk oyunda San Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.