Basketbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, U-18 qrup mərhələsinin dördüncü turunda İslandiya yığması ilə qarşılaşıb.
Təmsilçimiz görüşdən qalib ayrılıb - 86:79.
Qeyd edək ki, U-18 daha öncə Bosniya və Herseqovinanı (83:81) məğlub edib, Ukrayna (65:78) və Litvaya (31:82) uduzub.
Komandamız 5-ci turda (9 iyul) Kosovo ilə qarşılaşacaq.