"Real"ın koronavirus diaqnozu qoyulan basketbolçusunun adı məlum olub.
Fanat.Az-ın "La Sexta"ya istinadən verdiyi xəbərə görə, "Real"ın forvardı Trey Tompkins koronavirusa yoluxub. 29 yaşlı oyunçunun analiz nəticələri pozitiv çıxıb.
Madrid klubunun bütün heyəti 14 gün karantində saxlanılacaq. "Real"ın basketbol və futbol komandaları Valdebebasdakı kompleksdə məşq etdikləri üçün məhdudlaşdırıcı tədbirlər futbolçulara da şamil olunacaq.
Fanat.Az