"Real"ın basketbol komandasının 41 yaşlı kapitanı Felipe Reyes karyerasının bitirməyə qərar verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" nəşri yayıb.
Mənbə 2004-cü ildən "Real"ın uğurları üçün çalışan Reyesin qərarını ictimaiyyətə sabah açıqlayacağını bildirib.
Qeyd edək ki, Felipe Avroliqanın (2015, 2018) ikiqat çempionudur. 7 dəfə İspaniya çempionluğunu bayram etmiş oyunçu 6 dəfə İspaniya Kral Kubokunda, 5 dəfə İspaniya Superkubokunda qələbə sevinci yaşayıb.
O, İspaniya millisinin heyətində 2006-cı ildə dünya çempionu olubsa, 3 dəfə Avropa birinciliyində (2009, 2011, 2015) zəfər sevinci dadıb.
Atilla