NBA-da mövsümün ən yaxşı halda iyun ayının sonlarında yenidən bərpa ediləcəyi gözlənilir.
Fanat.Az xəbər verir ki, bəzi NBA klublarının sahibləri və rəhbər şəxsləri bu barədə insayder Edrian Voynarovskiyə məlumat ötürüblər. Matçların boş tribunalar önündə oynanılacağı bildirilir.
Bazar günü Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Mərkəz təlimat yayımlamış və növbəti 8 həftə ərzində ABŞ-da 50-dən çox insanın qatılması üçün nəzərdə tutulan kütləvi tədbirlərin ləğv olunmasını tövsiyə etmişdi.
Martın 11-də "Yuta"nın mərkəz oyunçusu Rudi Qober koronavirusa yoluxduqdan sonra NBA rəhbərliyi mövsümün ən az 1 ay müddətinə dayandırıldığını açıqlamışdı. Daha sonra Donovan Mitçell və Kristian Vudda da koronavirus aşkarlanıb.
Fanat.Az