"Leykers" əfsanəsi Mecik Conson Lebron Ceymslə Maykl Cordanı müqayisə edib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Conson Ceymsin hərtərəfli oyunçu olmasını qeyd etməklə yanaşı, Maykl Cordanın hələ də tarixin ən yaxşı basketbolçusu olduğunu bildirib:
"Sırf universal oyunçulardan danışırıqsa, Lebron Ceymsin tarixin ən yaxşı basketbolçusu olduğunu deyə bilərik. Amma ümumi mənada "Tarixin ən yaxşısı kimdi?" deyə soruşulursa, cavabım hələ də eyni olaraq qalır: Maykl Cordan".
Fanat.Az