"San-Antonio Spörs" əfsanəsi, hazırda komandanın məşqçilər korpusunda yer alan Tim Dankan Maykl Cordan haqqındakı düşüncələrini "The Score" ilə bölüşüb.
Fanat.Az xəbər verir ki, Dankan Cordanın fanatı olmadığını bildirib:
"Cordanın kimliyi hamıya məlumdu. Həmişə Maykla hörmət etmişəm, amma heç vaxt onun fanatı olmamışam. Sadəcə, ona heyran deyiləm. Əslində, dünyada heyran olduğum başqa biri də yoxdu".
Dankan professional basketbolçu karyerasının (1997-2016) tamamını "Spörs"də keçirib. O, 5 dəfə liqanın qalibi olub, 3 dəfə isə NBA final seriyalarının "ən dəyərli oyunçusu" (MVP) seçilib.
Fanat.Az