"Denver"in mərkəz oyunçusu Nikola Yokiçdə koronavirus aşkarlanıb.
Fanat.Az ESPN-in NBA insayderi Edrian Voynarovskinin "Twitter" hesabına istinadən xəbər verir ki, Yokiçin koronavirus testinin nəticəsi pozitiv çıxıb. Serb basketbolçunun ABŞ-a qayıdışı təxirə düşüb.
Yokiçin ötən həftə xəstələndiyi bildirilir. 25 yaşlı oyunçu koronavirusu simptomsuz keçirir. Həftə sonuna kimi onun Denverə yollanmasına icazə veriləcəyi bildirilir.
Yokiç Belqradda Nikola Yankoviç və Novak Cokoviçlə görüşmüşdü. Sözügedən idmançıların hər ikisi COVID-19-a yoluxub.
Qeyd edək ki, Yokiç iki dəfə (2019, 2020) NBA "Ulduzlar oyunu"nun iştirakçısı olub.
Fanat.Az