"Leykers"in qardı Everi Bredli NBA mövsümünün qalan hissəsində iştirak etməyəcək.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Bredli 6 yaşlı oğlunun tənəffüs yolları xəstəliyindən əziyyət çəkməsini və ailəsinin təhlükəsizliyini nəzərə alaraq bu yöndə qərar qəbul edib. 29 yaşlı basketbolçu oynamayacağı üçün maaşından 650 min dollar itirəcək.
Daha öncə Davis Bertans ("Vaşinqton") və Trevor Ariza ("Portlend") NBA-nın bərpasından sonra parketə çıxmayacaqlarını açıqlamışdılar.
Qeyd edək ki, NBA-da mövsüm iyulun 31-də bərpa olunacaq.
Fanat.Az