Ante Tomiç "Barselona"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Barselona"nın saytı məlumat yayıb.
Tomiç 2012-ci ildə katalon klubuna qoşulmuşdu. 8 il "Barsa"da çıxış edən Tomiç 1 dəfə (2013-14) ACB Liqasının, 1 dəfə (2015) Superkubokun, 3 dəfə (2013, 2018, 2019) isə İspaniya Kubokunun qalibi olub. 33 yaşlı basketbolçu son iki ildə komandanın kapitanlıq sarğısını daşıyırdı.
Tomiç "Barselona" forması ilə toplam 579 matçda oynayıb.
Fanat.Az