NBA-da mövsümün qalan hissəsinin tamamlanacağı Floridadakı Disney World Şəhərciyində qalmaqallar davam edir.
Fanat.Az xəbər verir ki, bütün komandaların toplaşdığı kompleksdə təhlükəsizlik üçün müəyyənləşdirilən protokol qaydaları bir-bir pozulur.
Ulduz basketbolçu Russell Vestbrukun koronavirus testinin müsbət çıxmasından sonra Bruno Kaboklo və Riçaun Holmes karantin qaydalarını pozaraq kənardan yemək sifariş ediblər. Bu dəfə isə şəhərciyə seks qalmaqalı damğa vurub.
Belə ki, model Anna Mya adını açıqlamadağı bir basketbolçu tərəfindən Disney şəhərciyinə çağırıldığını bildirib: "Oraya dəvət edildim. Deyəsən mövsüm erkən bitir".
Anna Mya etirazlardan snra "Ziyarətçilərə icazə veriləndə ora gedəcəm" deməklə səhvini düzəltməyə çalışsa da, ABŞ mediasında "NBA-da seks qalmaqalı" başlıqlı xəbərlərin qarşısını ala bilməyib.
Qeyd edək ki, Disney şəhərciyində basketbolçuların qonaq qəbul etməsinə icazə verilmir və bu qadağa onların ailələrində də aiddi. Onların təxminən 1,5 ay sonra, pley-off mərhələsinin ikinci turundan sonra qonaq qəbul edə biləcəklər.
Fanat.Az