10:54 23.02.2021 1512

On iki “nəhəng adam”dan biri - “Fənərbaxça”nın bakılı ulduzu

Fanat.Az teleqraf.com-a istinadən "Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edir.

Haqqında internet vasitəsilə məlumat əldə edilən şəxs Türkiyə basketbolunun ən məşhur simalarındandır.

Rasim Başak — Azərbaycan və Türkiyənin peşəkar basketbolçusu.

Rasim uzun illər Türkiyə millisinin və ən güclü yerli klubların heyətində qardaş ölkənin uğurları üçün tər töküb.

Rasim Başak 1980-ci il fevralın 17-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Rasimin atası azərbaycanlı, anası rusdur. Türkiyə vətəndaşlığını qəbul edən basketbolçu karyerası ərzində hücum mövqeyində oynayıb.

Boyu 2.01 metr, çəkisi 100 kiloqramdır.

2003-cü ildə Basketbol üzrə Avropa Çempionatında Türkiyə millisinin heyətində yer alan Rasim buna baxmayaraq, bu turnirdə meydana çıxmaq fürsəti tapmayıb. Karyerasının ilk illərində fiziki hazırlığı qənaətbəxş olmasa da, ribaundlarda özünü yaxşı tərəfdən göstərən Rasim Başak sonrakı illərdə "Fənərbaxça” klubunun formasını geyinməyi bacarıb.

Oynadığı klublar

2009-cu il iyunun 14-də pley-off mərhələsində keçirilən "Efes Pilsen” – "Fənərbaxça” matçında hakimlər masasına təpik vurduğuna, yersiz sözlər işlətdiyinə və davranışlara yol verdiyinə görə 6 oyunluq meydandan kənarlaşdırılıb.

2012-ci ildə "Trabzonspor” klubuna transfer olunub. 2012-2013-cü illər sezonunda aşağı liqada çıxış edən "Trabzonspor”un heyətində çempion olaraq, Türkiyənin əsas Basketbol Liqasında oynamağa vəsiqə qazanıb.

Rasim Başak karyerası ərzində "Oyak Renault” (1999-2003), "Fənərbaxça” (2003-2010), "Türk Telekom” (2010-2011), "Antalya” (2011-2012) və "Trabzonspor” (2012-2013) klublarının formasını geyinib.

Uğurları

2002-ci ildə Türkiyə İkinci Liqa çempionu

2005-ci ildə "FIBA EuroCup Challenge”-nin final mərhələsi

2007-ci ildə Türkiyə Prezident Kubokunun qalibi

2007-ci ildə Türkiyə Basketbol Liqasının çempionu

2008-ci ildə Türkiyə Basketbol Liqasının çempionu

2010-cu ildə Türkiyə Basketbol Liqasının çempionu

2010-cu ildə Türkiyə Kubokunun qalibi

2013-cü ildə Türkiyə İkinci Liqa çempionu
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X