Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Tayvan təmsilçisi Lin Yutin 57 kq çəki dərəcəsində qadınlar arasında keçirilən boks üzrə turnirin qalibi olub.
Fanat.Az xəbər verir ki, final görüşündə Lin Yutin yekdil qərarla Polşa təmsilçisi Culiya Şeremetanı yenib.
Yutin və əlcəzairli İman Xelif gender testlərindən keçə bilmədikləri üçün 2023-cü il dünya çempionatından kənarlaşdırılıblar.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qadın idmançıların 2024-cü il Oyunlarında iştirakına icazə verməsi idman ictimaiyyətində geniş rezonans doğurub. Qadın idmançılar üzərində gender testləri keçirən və onların diskvalifikasiyası ilə bağlı qərar qəbul edən Beynəlxalq Boks Assosiasiyası onların qanında kişi və qadın karyotiplərinin olduğunu qeyd edib.