Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.
Fanat.Az xəbər verir ki, hər iki təmsilçimiz Daşkəndə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.
Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də olacaq.