Superyüngül çəki dərəcəsində mübarizə aparan məğlubedilməz boksçu Xavyer Qonsales 21 yaşında dünyasını dəyişib.
Fanat.Az "World Boxing News"a istinadən xəbər verir ki, Qonsales bir il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Professional rinqdə 15 döyüşə çıxan meksikalı idmançı onların hamısından qalib ayrılmışdı. Onun aktivində 11 nokaut var idi.
Qonsalesin zəngin həvəskar karyerası olub. Həvəskar kimi 180 döyüşdə iştirak edən 21 yaşlı boksçu 3 dəfə milli çempionatın qızıl medalını qazanıb. O, 16 yaşında peşəkar boksa keçid etmişdi.
Dünya Boks Şurası (WBC) gənc Qonsalesin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
Fanat.Az