12:24 27.10.2020 1061

Türkiyə Boks Federasiyasının prezidenti: \"Həmişə Qardaşlarımızla birgəyik\"

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.

Fanat.Az xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçir.

Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur.

Azərbaycan və Türkiyə milli komandaları ilk məşqdən öncə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər. Hər iki ölkənin bayrağı ilə rinq önünə keçən yığmalar "Qarabağ Azərbaycandır” səsləndirərək, hazırlığa başlayıblar. Onlar böyük qələbənin qeyd olunacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar. Boksçular şəhidlərimizin ruhuna ehtiramlarını bildirib, yaralı əsgərlərimizə şəfa diləyiblər.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç açıqlamasında bildirib ki, ürəkləri hər zaman Azərbaycanla birgə döyünür: "Biz iki dövlət, tək millətik. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olmaqdan, sizi Türkiyədə qonaq etməkdən qürur və xoşbəxtlik hissi keçiririk. Azərbaycanın hazırkı durumda yanında olduğumuzu idman qardaşlığı ilə də göstəririk. Hər zaman və hər yerdə qardaşlarımızla birgəyik. Artıq Azərbaycan yığması ilə təlim-məşq toplanışına start verdik. Oktyabrın 28-də hazırlığa Rumıniya milli komandası da qoşulacaq. Hədəfimiz idmançılarımızın Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə tam formada yollanmasıdır”.

Qeyd edək ki, Tokio-2020-yə Azərbaycan yığmasının heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.
 

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

17:25

Mançini milliyə can atır: "Getmək mənim günahımdır"

17:06

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

16:48

Leroy Sane "Qalatasaray"da - RƏSMİ

16:29

Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı - Vingerin tələbi açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X