Əfsanəvi amerikalı boksçuların - Mayk Tayson və Roy Consun noyabrın 28-də keçirilən döyüşə görə aldığı qonorarların məbləği bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ced Qudman məlumat yayıb.
O, 54 yaşlı Taysonun və 51 yaşlı Consun hərəyə 1 milyon dollar qazandığını bildirib.
Xatırladaq ki, döyüş reqlamentə uyğun olaraq hərəsi 2 dəqiqədən ibarət 8 raund davam edib. Tərəflər qarşılaşmanın heç-heçə bitməsi qərarı ilə razılaşmayıb. Mayk qələbənin onun olduğunu bildirərək rinqi qalmaqallı şəkildə tərk edib.
Fanat.Az