09:14 13.08.2021 2307

Veteran boksçu: "Sotomayor azərbaycanlı ilə döyüşdə yerə sərilirsə..."

Legionerə o halda gərək duyular ki, həmin çəkidə sənin yerli idmançın olmasın. Sotomayor azərbaycanlı boksçu ilə döyüşdə yerə sərilirsə, ona təzədən nə ehtiyac var?".
 
Bunu Fanat.Az-a boks üzrə Azərbaycan yığmasının keçmiş üzvü Emil Məhərrəmov deyib. 2005-ci ildə Çində keçirilən dünya çempionatının bürünc mükafatçısı millimizin üzvlərinin Tokio 2020-dəki nəticəsindən danışıb: 
 
"Olimpiadada nəticəmiz çox zəif oldu. Daha yaxşı çıxış gözləyirdik. Əslində, hakimlərin boksçularımıza qarşı bəzi məqamlarda haqsızlıq etməsi fikrini mən də bölüşürəm. Konkret deyim ki, Tayfur Əliyev və Cavid Çələbiyevin döyüşlərində yanlış qərarlar sözünü dedi. Yoxsa hər iki idmançımız medala doğru gedirdi. Cavid elə bir boksçudur ki, o, finala da çıxa, hətta çempion ola bilərdi. Sadəcə, mənim qəbul etmədiyim Sotomayorun irəli çəkilməsidir. Dominqesi başa düşdük, çəkisində onunla baş-başa gələn yerli boksçu yoxdur. Tokioda medal almasaydı belə, fikrim dəyişməyəcəkdi. İnsafən, uzun müddətdir yaxşı formadadır. Amma fakt budur ki, Sotomayorun çəkisində ondan da güclü azərbaycanlılar var".
 
Hazırda məşqçi kimi çalışan veteran dəri əlcək ustası boksa diqqətin az olmasından gileylənib. Məhərrəmov keçmiş günləri xatırlayıb: "Olimpiya Oyunlarına lisenziyaların azlığında pandemiya ilə bağlı yeni təsnifat qaydalarının təsiri oldu. Minimum bir-iki vəsiqə də qazanmaq olardı. Qıraqda qalan boksçularımızdan Kamran Şahsuvarlı bir çox yarışlarda iddiasını ortaya qoyub, mükafat əldə edib. Ümumiyyətlə, pandemiya ölkədə idmanı arxa plana keçirdi. Boksçularımız Rio 2016-ya Amerikada hazırlıq keçmişdisə, indi əsasən ölkə daxilində və bir o qədər nəzərəçarpmayan yerlərdə oldular. 
Digər idman növlərində də dövr əvvəlkilərlə müqayisədə zəif keçdi. Bircə cüdo hər cür şəraitlə təmin olunmuşdu.
Açıq danışaq ki, ölkədə boksa insanların diqqəti də əvvəlki səviyyədə deyil. Bizim vaxtımızda respublika çempionatında tribunalar ağzına kimi dolurdu, iynə atsan, yerə düşməzdi. İndi bəlkə, dünya çempionatı da keçirilsə, o qədər tamaşaçı gəlməz. Yaxşı xatırlayıram, mən o vaxt Azərbaycan çempionatında döyüşəndə bir yaşlı kişi yaxınlaşıb demişdi ki, bu yarışa səni izləmək üçün gəlmişəm.
Marağın azalmasının səbəbləri müxtəlifdir. Qayda dəyişikliklərinin də, boksçularımızın zəif çıxışının da rolu var. Boks Federasiyasında mütləq silkələnmə lazımdır. Azərbaycanda boksun ənənəsi olub. Vaxtilə biz dünyanın ən güclülərindən sayılmışıq".
 
Mütəxəssis Paris 2024-də uğursuzluqları sığortalamağın mümkün olduğunu düşünür: "Üç il az vaxt deyil. Təcrübəliləri qoruyub-saxlayıb,  gəncləri də inkişaf etdirmək olar. Azərbaycanda yaxşı cavan boksçular indi də var. Boks bizim qanımızdadır. Nə qədər zəifləsək də, ənənə tam itməyib".
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

Facebookdan bizi izləməyi unutmayın.
X