00:30 30.07.2021 1430

Tokio 2020: 3 medal imkanı

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün 2 növ üzrə 3 təmsilçimiz mübarizə aparacaq.

Cüdo

Gün ərzində qadınların +78, kişilərin +100 kiloqram çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. 

Ölkəmiz hər iki mübarizədə təmsil olunur.

Qadınlardan ibarət millinin üzvü İrina Kindzerska mübarizəyə 1/8 finaldan start verəcək. Yarış iştirakçılarının reytinqində ikinci sırada olan dünya və Avropa çempionatlarının mükafatçısı bu mərhələdə İzayana Marenko(Nikaraqua) - Larisa Çeriç(Bosniya və Hersoqovina) cütünün qalibini gözləyir.

İrinadan fərqli olaraq kişilərdən ibarət millimizin ən ağır çəkili üzvü Uşanqi Kokauri mübarizəyə 1/16 finaldan başlayacaq. 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında gümüş mükafat qazanan 29 yaşlı cüdoçumuz polşalı Matey Sarnaçki ilə üz-üzə gələcək. 

Cüdo yarışları Bakı vaxtı ilə 06:00-da start götürür.

Boks

Gün ərzində bir boksçumuz rinqə çıxacaq. 

Alfonso Dominqes(81 kq) 1/4 finalda Bayram Malkanla üz-üzə gələcək. Yığmamızın Kuba əsilli üzvü mərhələni keçəcəyi təqdirdə ən azı bürünc medalı təmin edəcək. 

Boks yarışları 06:00-da başlayır. Minsk 2019 II Avropa Oyunlarının qalibi olan 26 yaşlı təmsilçimizlə türkiyəli 27 yaşlı dəri əlcək ustasının görüşü günün proqramında 22-cidir.

Qeyd edək ki, Tokio 2020-də Azərbaycanın hesabında medal yoxdur. İndiyə qədər mübarizəyə qoşulan 24 idmançımızdan 21-i Olimpiada ilə mükafatsız vidalaşıb. Hələlik ən yaxşı göstərici cüdoçu Rüstəm Orucovdadır (5-ci yer).
 

Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X