Boks üzrə Zimbabve çempionatında Tauray Zimunya rəqibi Tinaşe Maconiylə görüşdə aldığı zərbədən sonra dünyasını dəyişib.
Fanat.Az "All Africa" nəşrinə istinadən xəbər verir ki, 3-cü raundda nokauta düşən 24 yaşlı idmançıya rinqdə ilkin tibbi yardım göstərilib.
Ardından xəstəxanaya yerləşdirilən boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Zimunyanın ölümünün səbəbi rəsmən açıqlanmasa da, onun beyin qanaxması üzündən həyatını itirdiyi ehtimal edilir.
Mənbə boksçunun rinqdə aldığı zərbədən ölməsinin Zimbabvedə ilk belə hadisə olduğunu vurğulayıb.
Nihat