Ukraynanın boks üzrə sabiq dünya çempionları Sergey Dzinziruk və Andrey Kotelnik vətənin müdafiəsi uğrundan gedən döyüşlərdə iştirak etmək üçün orduya yazılıblar.
Fanat.Az xəbər verir ki, bu barədə keçmiş idmançılar şəxsi "İnstagram" hesablarında paylaşımlar ediblər.
Qeyd edək ki, Andrey Kotelnik 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Daha əvvəl Moldovanın "Şerif" klubunun baş məşqçisi Yuri Vernidub və ölkənin məşhur boksçusu Aleksandr Usik də bu addımı atıb.