Əfsanəvi amerikalı boksçu Oskar De La Hoya ölkəsini rus işğalçılarından silahla müdafiə edən ukraynalı boksçu qardaşlar Vitaliy və Vladimir Kliçko haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.ua" 49 yaşlı boksçunun dediklərini belə çatdırıb:
"Onlar döyüşçüdürlər. Bunu sübut edirlər. Sözün əsl mənasında rinqin daxilində də, xaricində də əsl döyüşçülərdir. Ehtiyatlı olmaq lazımdır. Ukrayna həqiqətən də çətin dövrdən keçir. Bunun baş verməsi təəssüf doğurur. Amma bu, onların xarakterini və döyüşçü psixologiyasını göstərir. Ölkələri, ailələri, dostları, həmyerliləri üçün həyatlarını riskə atmağa hazırdırlar. Bu, çox şərəflidir. Onlar döyüşçünün və əsl boksçunun kim olduğunun təcəssümüdür. Bu, təqdirəlayiqdir. Onlar öz vətənlərində əllərində silahla ölkələrini qoruyurlar. Bu, böyük şərəfdir."
Xatırladaq ki, Vitaliy Kliçko hazırda Kiyev şəhərinin icra başçısıdır.
Emin