11:55 23.04.2022 430

Avropa çempionatında 2 medal qazanan yığmamız Bakıya qayıtdı

Bolqarıstanın paytaxtı Sofiyada başa çatan gənc boksçular arasında Avropa birinciliyində 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan millisi Bakıya qayıdıb.

Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, boksçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında ABF-in əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.

Yığmanın baş məşqçisi Elbrus Rzayev yarışın Azərbaycan komandası üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçuların inamlı çıxışında böyük rol oynayıb: “Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bakıda və Ərzurumda iki təlim-məşq toplanışına qatıldıq. Sonuncuda Türkiyə və Əlcəzairlə birgə hazırlıq keçdik. Komanda yarışa psixoloji və texniki-taktiki baxımdan yaxşı vəziyyətdə yollandı. Düzdür, Avropa birinciliyində püşkdə də bir qədər bəxtimiz gətirmədi. Buna baxmayaraq, 40 ölkə arasında milli komanda inamlı çıxış etdi. 13 çəki dərəcəsindən birində Azərbaycan boksçusu Kənan Babayev Avropanın ən güclüsü oldu, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Amin Məmmədzadə isə bürünc medala sahib oldu. O, 1/4 finalda erməni boksçu üzərində inamlı qələbə qazandı. Digər boksçularımız da lazımı təcrübə topladı və inanıram ki, qarşıdakı yarışda onlar daha yaxşı nəticə göstərəcəklər”.

Mütəxəssis yığmanın hədəfləri barədə də danışıb. O bildirib ki, bu il əsas məqsəd noyabrda keçiriləcək dünya birinciliyinə daha yaxşı hazırlaşıb, mundailda daha çox medal əldə etməkdir: “Bunun üçün sınaq döyüşləri və təlim-məşq toplanışlarımız olacaq. Bir neçə beynəlxalq turnirə qatılmağı planlaşdırırıq. Dünya birinciliyində daha yaxşı nəticə göstərməyə çalışacağıq”.

Azərbaycan millisi 3 illik fasilədən sonra Avropa birinciliyində qızıl medal qazanıb. Bu mükafatı komandanın aktivinə yazan Kənan Babayev (48 kq) döyüşlərini şərh edib və bununla kifayətlənmək niyyətində olmadığını vurğulayıb: “Döyüşlərim çox çətin alındı. Avropa birinciliyində zəif boksçuların olmadığını bilirik. Ən çətin görüşüm gürcüstanlı Oruc Əhmədovla keçdi. Final isə rahat idi. Rəqibi əsasən fiziki cəhətdən üstələdim və güclü zərbələr hesabına qalib gəldim. Əsas odur ki, hər şey ürəyim istədiyi kimi alındı və çempion tituluna yiyələndim. Lakin bununla kifayətlənmək fikrində deyiləm. Növbəti hədəfim bizi bu il gözləyən dünya birinciliyində də eyni nailiyyəti təkrarlayıb və ikinci titulumu qazanmaqdır”.

Avropa birinciliyin 51 kq çəki dərəcəsində bürünc medal qazanan Amin Məmmədzadə isə debütdə yiyələndiyi mükafatı növbəti yarışda “qızıl” edəcəyinə inam ifadə edib: “Avropa birinciliyinə ilk dəfə qatılırdım. Birinci qarşılaşmada İrlandiya boksçusu ilə üz-üzə gəldim və onu 5:0 hesabı ilə məğlub etdim. Ardınca Ermənistan təmsilçisi ilə döyüşdüm. Həyəcan çox idi. Çünki üzərimdə məsuliyyət vardı. Bu döyüşdə də inamlı qələbə qazandım. Qələbədən sonra qazilərimizdən məni təbrik edənlər oldu. Hər birinə təşəkkürümü bildirirəm. Yarımfinalda isə gürcüstanlı boksçu ilə qarşılaşdım və rəqib finala yüksəldiyindən bürünc medala yiyələndim. Əsas məqsədim bu mükafatın əyarını yüksəltməkdir. Qarşıda bizi dünya birinciliyi gözləyir. Söz verirəm ki, orda dünya çempionu olacağam”.

Qeyd edək ki, Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayıb. Oğlanların yarışında fəxri kürsüyə 23 komandanın idmançısı yüksəlib və onlardan 8 ölkənin himni səslənib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
19:30

MPL: "Turan Tovuz" "Neftçi"yə qarşı -YENİLƏNİR

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X