00:00 25.11.2020 201

Bu gün Kəlbəcər işğaldan azad edilir

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti bu günə kimi uzadıb.

Ermənilər artıq bir neçə həftədir Kəlbəcəri tərk etməyə başlayıb. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, artıq sonuncu erməni hərbçiləri dünən Kəlbəcəri tərk ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, eləcə də xarici medianın məlumatına görə, ermənilər Kəlbəcərdəki maddi-mədəni sərvətlərimizi oğurlayıb, bir qismini dağıdıb, bir qismini qarət edib, apara bilmədikləri hər şeyi isə yandıraraq məhv ediblər.

Qeyd edək ki, işğalçı Ermənistanın hərbi-siyasi rejiminin kapitulyasiya sənədinə qol çəkməsinə, o cümlədən Ağdamı, Kəlbəcəri Azərbaycana qaytarmasına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlar səbəb olub. Məğlubedilməz Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. Bunun nəticəsində düşmən ərazilərimizi tərk edib. Vəziyyətdən çıxış yolunun olmadığını görən Ermənistan rəhbərliyi kapitulyasiya sənədinə qol çəkməyə məcbur olub.
 


Xatırladaq ki, işğalçı Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

İşğalçı Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr olduğu kimi, bu qətnamə də kağız üzərində qalıb. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən güclü ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.
Oxşar xəbərlər

Xəbər lenti

28 Yanvar 2021
00:02

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

27 Yanvar 2021
23:00

"Fənərbağça" İngiltərə klubundan nigeriyalı aldı - RƏSMİ

22:27

"Milan"ın müdafiəçisi Roma klubuna keçdi - RƏSMİ

18:46

"Azərbaycan həqiqətən güclüdür, amma..."

18:41

Klopp: "Çelsi"nin heyəti hədiyyədir, deyilmi?"

18:13

"Fənərbağça"nın prezidentindən Azərbaycan açıqlaması: "Bu mənim xəyalımdır" - VİDEO

17:21

Mesut Özil: "Azərbaycana salam göndərirəm"

16:36

"Qəbələ"nin baş məşqçisi: "Şimali Makedoniyaya yaxşı nəticə üçün yollanacağıq"

16:34

Quardiola Tuhelin gəlişinə niyə sevinir? - ÖZÜ DEDİ

16:00

"Real"ın 2 futbolçusu klubun müqavilə təklifini geri çevirdi - SON DURUM

15:49

"Qəbələ"nin Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

15:26

"Qalatasaray"ın hücumçusu İngiltərə klubunda

15:20

Azərbaycan Premyer Liqasının bombardiri məşqlərə başladı

15:16

İbrahimoviç derbidə qovulduğuna görə üzr istədi

14:31

Azarkeşlər etiraz etdi, prezident transferi dayandırıb istefa verdi

13:29

"Qarabağ"dan iki legionerə sərt cəza

13:20

Ulduz futbolçular arasında dava bu söyüşə görə düşüb - VİDEO

13:10

Rusiyalı futbolçu qətlə yetirildi

12:42

AFFA 3 klubu cərimələdi

12:37

Mahir Emreli transfer təklifləri ilə bağlı qərar verdi - RƏSMİ

12:06

"Qarabağ" - "Səbail" oyununun hakimləri açıqlandı

12:00

“Qalatasaray” İngiltərədən daha iki futbolçu transfer edir

11:42

"Ermənilər heyvanlara mina bağlayıb üstümüzə göndərirdi" - VİDEO

11:22

İcra başçısı beynəlxalq dərəcəli hakimə vəzifə verdi

10:52

Premyer Liqanın tarixinə düşən məşqçi vəfat etdi

10:27

Premyer Liqada unikal rekord

10:08

Polşa klubu Mahir Emrelinin transferində israr edir

10:00

Millimizin futbolçusu sabiq komandasına qol vurdu, sevinmədi

00:23

Dmitri Nazarov qələbəyə sevindi

00:14

İsrafilov qol vurdu, komandası səfərdə qazandı

00:10

Qomes "Sevilya"da - RƏSMİ

26 Yanvar 2021
22:12

Luka Yoviç: "Geri qayıtmağı çox arzulayırdım"

21:55

"Barselona" futbolçuların ötənilki maaşlarını ödəməyib - SON DURUM

21:48

"Azərbaycan qrupdakı ən ciddi rəqibdir"

20:42

"Çelsi" almana tapşırıldı - RƏSMİ

19:30

"Qəbələ"nin Avropada 7 rəqibi qaldı - SİYAHI

19:17

"Keşlə"də yeni məşqçi - RƏSMİ

19:02

Serbiya millisini Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi

18:08

Danimarka klubundan Azərbaycan yığmasının müdafiəçisinə təklif

17:40

"Qarabağ"ın sabiq legioneri Acunun klubuna keçir

17:29

Millimizin seçmə mərhələdəki rəqibləri nə vaxt müəyyənləşəcək?

16:41

"Neftçi"nin istədiyi futbolçu "Bavariya"ya transfer olundu - RƏSMİ

15:53

Rus futbolçu sərxoş vəziyyətdə polisə hücum etdi

15:39

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı açıqlandı - YENİLƏNİB

15:25

Üç debüt: Süleymanlı və Burcəliyev “üçlük”də

15:12

Elşən Abdullayev: "Formamı bərpa edib millinin formasını geyinmək istəyirəm"

14:30

Yığmamız Türkiyəyə hazırlığa yollandı

14:20

Ən çox qazanan klubların siyahısı açıqlandı: Lider kimdir?

13:34

Futbolçu vəhşicəsinə qətlə yetirildi: 19 nəfəri yandırdılar

13:10

"Zirə"dən 10-cu qələbə, 25-ci qol

11:59

Azərbaycan Kuboku: 2609 gündən sonra...

11:37

"Kəpəz"ə qələbə qazandıran qol tarixə düşdü

11:30

"Səbail" ilkə imza atdı

11:23

“Barselona”nın borcu açıqlandı - Fantastik rəqəm

11:06

Kapitanın meyiti tapıldı

10:58

Rusiyalı məşqçi: "Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi"

10:27

10 ilin rəmzi komandası açıqlandı: Kimlər var?

09:45

Mahir Emreli şəhid azarkeşə etdiyi jestdən danışdı

09:24

"Trabzonspor"da ayrılıq

09:03

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:46

Dünya Kuboku təxirə salındı

00:31

"Qalatasaray" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

00:03

Skolari baş məşqçi postunu tərk etdi

25 Yanvar 2021
22:49

"Maşınsazi" yenə uduzdu

22:00

Türkiyə Superliqası: "Fənər" darmadağınla qazandı

19:45

"Kəpəz"ə uduzmaq faciə deyil" - Visente Qomes

19:44

Rəşad Sadıqov qələbəni şərh etdi - VİDEO

19:15

"Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" - Yaşar Vahabzadə

19:00

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

18:55

Azərbaycan Kubokunda sürpriz: "Kəpəz" 1/4 finalda

Facebookdan bizi izləməyi unutmayın.