16:57 11.06.2021 311

Bu transferi heç kim gözləmirdi...

Mahir Emreli indi öz məharətini Polşada nümayiş etdirməli olacaq: onun "Qarabağ”dan "Legia”ya transferi, nəhayət, rəsmiləşdi. Bu elə hadisədir ki, reallaşacağına, bəlkə də, heç kim inanmırdı. Nə jurnalistlər, nə azarkeşlər…

Məlum məsələdir, azərbaycanlı futbolçular xarici klublarda çıxış etməyə həvəsli deyillər. Bunun da səbəbi sirr deyil: onlar ölkədə digər peşə sahiblərinin əksəriyyətindən çox qazanırlar. 

Avrokubokların qrup mərhələlərində fərqlənə bilməsə də, "Qarabağ”ın tarixində ilk dəfə Çempionlar Liqasında çıxış etməsində o vaxt 20 yaşı olan Mahirin də əməyi vardı. 2017-ci ildə "Kopenhagen” ilə ilk oyunda onun vurduğu qol "Qarabağ”a 1:0 hesablı qələbə qazandırmış, cavab oyununda 1:2 hesabı ilə uduzsalar da, qrup mərhələsinə çıxa bilmişdilər.
Ondan sonra Mahir avrokubokların seçmə mərhələlərdə "Dundalk” və "APOEL”, həmçinin ötən mövsüm "Sileks” və "Şeriff”i məyus edə bilib.

2017/18 mövsümündən başlayaraq Mahir Azərbaycan Premyer Liqasında ya mövsümün bombardiri, ya da ən sərrast oyunçularından biri olur. Bu ilin apreldə "Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda 71-ci dəqiqədə meydana çıxdıqdan sonra oyunun sonunda iki dəqiqə ərzində het-trik etməyi bacarıb.

Bununla belə, Mahir Azərbaycanda son illər, bəlkə də, ən çox tənqid olunan futbolçudur. İstər "Qarabağ” olsun, istər Azərbaycan millisi məğlub olur - günahkar Mahir Emrelidir, qol vurmur - yenə onun günahıdır.

Xüsusilə də ötən il UEFA Millətlər Liqası-2020/2021 çərçivəsində Lüksemburqla oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması və nəticədə Azərbaycan millisinin 1:2 hesabı ilə məğlubiyyətindən sonra tənqidlər pik həddə çatmışdı. 

Yeri gəlmişkən, Mahir Emreli ilə bağlı maraqlanan Polşanın Goal.pl saytına həmçinin onun yeniyetmə vaxtlarında "Atletiko Madrid” və "Lans”ın düşərgəsində də təcrübə keçdiyini, başla oyun, təkətək mübarizələrdən qalib ayrıla bilməsi, qol duyumunun üstün cəhətləri olması, ingiliscə bilməsinin "Legia”ya tez adaptasiya olmasına kömək edə biləcəyini də bildirdim. 

Ümumiyyətlə, ulduzu parlayandan Mahirin adı bir çox klubla hallanıb. Onların arasında "Beşiktaş” da olub, İspaniyanın "Malaqa” və "Ekstremadura” klubları da. Bu ilin əvvəlində mətbuatda Avstriya "Şturm”unun da onu transfer etmək istədiyi barədə məlumat vardı.

Amma Mahirin "Qarabağ”dan məhz "Legia”ya keçəcəyinə heç kim inanmırdı. Çünki son 7 mövsümdə mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynamış "Qarabağ” son 4 mövsümdə Avropada qrup mərhələsinə çıxa bilməyən "Legia”dan daha üstün klub sayılır.
Ondan başqa, 2010-cu ildən başlayaraq Azərbaycan və Polşa təmsilçilərinin avrokuboklardakı 5 mübarizəsindən 4-də azərbaycanlılar qalib ayrılıb. O cümlədən 2020-ci ildə "Qarabağ” məhz Polşada "Legia”ya 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasının qrupuna düşüb.  

Mahir Emrelidən əvvəl də Polşada azərbaycanlı futbolçular çıxış edib. Anar Kələntərov 1997-ci ildə "Çuvay Pşemısl” komandasının oyunçusu olub. Ruslan Məcidov 2006-cı ildə "Vidzev Lodz”un qapısını qoruyub. Saşa Yunisoğlu 2007-2008-ci illərdə "Diskobolia Qrodzisk” və "Polonia Varşava”nın heyətində yer alıb. Fuad Bayramov isə 2021-ci ildən "Ostrovets Sventokşiski” klubunda oynayır.
Onlardan əvvəlsə Azərbaycan futbolçusu Yuri Kuznetsov hələ sovet dövründə - 1970–1971-ci illərdə "Qvardiya Varşava” komandasını çalışdırıb.

Ümumiyyətlə, "Qarabağ” avrokubokların daimi iştirakçısı olsa da, transfer bazarında satış baxımından fəal iştirakçı deyil. Mahir Emrelidən əvvəl "Qarabağ”dan yalnız Vaqif Cavadovun 2010-cu ildə "Tvente”yə, 2017-ci ildə Reynaldonun Türkiyə "Adanaspor”una, Riçard Almeydanın 2018-ci ildə Qazaxıstan "Astana”sına keçidi Azərbaycanda səs-küyə səbəb olmuşdu.

Mahir Emreli, nəhayət, tilsimi qırdı, Avropaya üz tutdu. Bəs indi növbə kimindir?

Rasim Mövsümzadə
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2021
00:33

Krıxovyak "Lokomotiv"lə vidalaşdı

00:15

Tokio 2020: Boksçumuz erməniyə qarşı

00:06

UEFA məhkəməni uduzdu

00:01

Nuriyev oynadı, komandası qələbə qazandı

30 İyul 2021
23:26

Millimiz MOİK-ə yenildi

23:22

“Traktor” 4-cü oldu, “Maşinsazi” elitadan düşdü

22:32

"Qarabağ" AEL-i keçsə, kiminlə qarşılaşacaq? - SİYAHI

20:02

Futbol klubuna qarşı terror aktı - Ölənlər var

18:48

İqtisadçı alimdən şok iddia: Messisiz La Liqa...

18:00

Cokoviç "Qızıl Dəbilqə"dən əlini üzdü

17:39

Tokio 2020: Kosovo 2-ci, Gürcüstan 4-cü, Azərbaycan isə...

17:18

İsraildə yaşayan həmyerlimiz: “Ürəyimizi tutmuşduq ki, ...”

16:57

PFL milliyə görə təqvimi dəyişdi

16:46

Tokio 2020: İrinanın medal sevinci - FOTOLAR

16:29

Çempionat oyunlarına azarkeş buraxılacaqmı? - PFL prezidenti açıqladı

16:13

Alfonso Dominqes: "Azərbaycana qızıl medal qazandırmaq istəyirəm"

15:56

"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq

15:43

Mətbuat konfransları fərqli məkanda baş tutacaq

15:30

“Səbail”in növbəti sınağı

15:14

PFL jurnalistlərə kömək vəd etdi

14:59

Tokio 2020: Boksçumuz ən azı "bürünc"ü təmin etdi

14:26

Ramin Musayev: "Əvvəlcə özlərində səhv axtarsınlar"

14:15

Premyer Liqamızda növbəti mövsümün püşkü atıldı

13:57

Tokio 2020: İlk medalçımızın duyğusal qələbə şərhi

13:26

Azərbaycan tarixində ilk

13:14

“Neftçi”nin HİK-lə oyunlarının hakimləri açıqlanıb

13:11

Tokio 2020: Azərbaycan ilk medalını qazandı

13:00

Fərhad Məmmədov: "Ruslan Maşurenko heç bir məşqçilik təcrübəsi olmayan adamdır"

12:52

Futbolçunun matça gəlməmə səbəbi protokolda "paxmel" kimi qeyd olundu

12:36

"Zirə"nin prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

12:15

Tofiq Bəhramovun tarixi qərarından 55 il ötür - VİDEO

12:01

"Qarabağ Azərbaycandır!" şüarı “Jabotinski” arenada - VİDEO

11:25

32 il sonra avrokuboklarda

11:06

Arye Qut “Qarabağ”ı ziyarət etdi - FOTO

10:52

"Aşdod" - "Qarabağ" oyunundan VİDEOİCMAL

10:33

İKİ-DÖRD, qapını ört...

10:16

Klublarımızın qazancı: 10 oyun, 1 əmsal

10:00

Günün transfer xəbərləri: "Milan" Ziyeş üçün hərəkətə keçdi

09:54

"Böyük şəhərin tək komandası" 16 dəqiqəyə təslim oldu

09:34

Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTOLAR

08:44

Tokio 2020: Cüdonun rekordu təkrarlanmadı

08:30

Messini dünya futboluna bəxş edən salfet - Bir müqavilənin tarixçəsi

01:48

Qurban Qurbanov: "Rəqibimzin kimliyi barədə düşünmürük"

01:26

"Aşdod"un baş məşqçisi: "Bizdən daha güclü komandaya uduzduq"

01:16

UEFA Konfrans Liqası: II mərhələyə yekun vurulur - YENİLƏNİR

01:12

"Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşdi

00:52

Qurban Qurbanovun qələbə şərhi

00:30

Tokio 2020: 3 medal imkanı

29 İyul 2021
23:33

Sənan Qurbanov:"Rəhbərlik mənlə davam etmək istəməsə, buna hörmətlə yanaşaram"

23:23

"Soçi"nin baş məşqçisi Bakını bəyənib, "Keşlə"ni təriflədi

23:06

"İstədim ki, futbolçular sərbəst olsunlar" - Ayxan Abbasov

22:56

Konfrans Liqası: "Qarabağ" tarixə düşdü, "Keşlə" və "Sumqayıt" uduzdu

22:33

Keşlədə "Oyundankənar"a düşənlər - Emin, İlqar, Rail, Anar Salmanov

22:23

"Qarabağ"da daha bir itki

21:33

"ASK Arena"da gərginlik

21:27

Tokio 2020: Qayığın zədələnmiş hissəsini prezervativlə bağladı, Olimpiya çempionu oldu

20:33

"Səbail" məğlub oldu

19:30

“Həqiqətən çox pis idim” - Mahir Emreli

18:59

13 yaşlı şahmatçımızdan beynəlxalq uğur

17:56

Formula 1 pilotu mübahisəli qəzadan danışdı

17:22

Tokio 2020: Əkiz azərbaycanlılar medalsız qaldı

17:18

“Səbail” litvalı oyunçu ilə gücləndi - RƏSMİ

17:10

Tokio 2020: "Cırtdan" ölkə tarixində ilk

16:48

Azərbaycanda IV Robot Olimpiadasının finalı baş tutdu

16:36

Gimnastlarımız Tokioya yollanır

16:17

“Səbail”dən Norveçin liderinə

16:00

Klublarımızın oyunlarına harda baxaq? - TV AFİŞA

15:47

“Sabah” döndü, yeni gələnlər düşərgədən ayrıldı

15:30

Cokoviçdən növbəti rekord

15:11

Millimizin futbolçusu "Antalyaspor"a keçdi

Facebookdan bizi izləməyi unutmayın.