Cüdo üzrə kişilərdən ibarət Polşa yığmasının baş məşqçisi, həmyerlimiz Rəşad Həsənovun Fanat.Az-a müsahibəsi
- Rəşad bəy, qarşıdakı dünya çempionatına necə hazırlaşırsınız?
- Polşa kamandasının hazırlığı dəvam edir. Çalışırıq ki, yaxşı nəticə əldə edək. Bu dünya çempionatına 4 idmançı ilə qatılacağıq.
- Polşa yığması Qətər mundialında nəyə ümid edir? Medal və ya medallar gözlənilirmi?
- Ümidimiz 100 kiloqram çəkili idmançıya var idi, təəssüf, o da zədəli olduğu üçün yarışda iştirak etməyəcək.
- Azərbaycan yığmasının DÇ-dəki şansları barədə nə düşünürsünüz?
- Bu cüdodur. Nə deyə bilərəm... Qızıl medal şansları var, amma yenə də çətin olacaq. Bildiyim qədər qızıl medal söz veriblər. Allah köməkləri olsun.
- Hansı cüdoçulardan medal gözləyirsiniz?
- Medala daha şanslı Səid Mollayi, Hidayət Heydərov və Zelim Kotsoyevu görürəm. Ola bilər ki, Turan Bayramov və Balabəy Ağayev də sözünü desin.
Sahib Əsədbəyli