Bu gün Odivelasda (Portuqaliya) yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı başlayır.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə səkkiz Azərbaycan cüdoçusu tatamiyə çıxacaq.
Bunlar Məhəmməd Məmişov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İsgəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq) və Vüsalə Hacıyevadır (48 kq).