Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarının 1/16 finalında Çexiya ilə üz-üzə gəlib.
Görüş millimizin 4:1 hesablı qələbəsi ilə bitib.
Komanda 1/8 finalda Fransa ilə qarşılaşıb. Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, yığmamız mübarizəni medalsız başa vurub.