Monteneqronun paytaxtı Podqoritsada təşkil edilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb.
Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth təqdim edib.
Avropada "İlin ən yaxşı kişi məşqçisi" isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Rixard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.
Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Rixard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.