Azərbaycanın qadın cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulublar.
Fanat.Az xəbər verir ki, yarış Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) üçün uğursuz alınıb.
Zərif cinsdən olan idmançılarımız turniri medalsız başa vuraraq mükafat əldə edə bilməyiblər.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) yarışır.