13:20 05.04.2021 1057

"Koronavirusdan öləcəyimi düşünürdüm" - MÜSAHİBƏ

Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə 100 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Zelim Kotsoyevin müsahibəsi

- Karyeranızda ilk dəfə Dünya Turuna daxil olan yarışın qalibi oldunuz. Təəssüratlarınız necədir?
- Qazandığım uğurdan məmnunam. Sevinirəm, qızıl medal qazandığım üçün əla hisslər keçirirləm. Əvvəllər nə isə çatmır, 2-3-cü yeri tutur, qızıl medalın 1 addımlığında uduzurdum. Amma bu dəfə sonadək mübarizə apardım və yarışın qalibi oldum. Düşünürəm ki, bu, ağır məşqlərin, çox çalışmağın nəticəsidir. Hələ ilk addımdır, əsas vəzifəmiz qarşıdadır. Hədəf Tokio Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir. Oyunlarda Azərbaycan bayrağını qaldırmaq, himnini səsləndirmək istəyirik.

- Finalda yaponiyalı dünya çempionu Aaron Volfa qalib gəldiniz. Görüşdən öncə hər hansı xüsusi taktika seçmişdiniz?
- Bəli, yaponiyalılar çox güclüdürlər, bu idman növündə liderdirlər. Final görüşü çox ağır keçdi. Daha əvvəl bu rəqibə 2 dəfə - dünya çempionatı və Parisdəki Böyük Dəbilqədə uduzmuşdum. Bu dəfə məşqçilər belə taktika vermişdilər ki, meydana çıx, mübarizə apar və ona düşünmək üçün vaxt vermə. Məni tamamilə qələbəyə kökləmişdilər. Hər şey plan üzrə getdi və taktika özünü doğrultdu.

- Ümumiyyətlə, cüdoçularımızn yaponiyalı həmkarlarına çox vaxt uduzmasının səbəbini nədə görürsünüz?
- Bizim də qalib gəldiyimiz görüşlər olub. Xarırladığım qədərilə, dünya çempionatında onları komanda hesabında 3:2 hesabı ilə məğlub etmişdik. Bərabər səviyyəli mübarizə getmişdi. Amma heç kimə sirr deyil ki, yaponiyalılar cüdoda əsl liderdirlər. Onlarla tək biz yox, bütün dünya bacarmır. Bununla belə, hər şey qaydasında getsə, olimpiadada yaxşı nəticələr qazana bilərik. İstənilən idmançımız öz çəkisində yaponiyalı cüdoçuları məğlub etməyə qadirdir. İnanıram ki, belə də olacaq.

- 100 kq bəlkə də yeganə çəki dərəcəsidir ki, Azərbaycan cüdoçuları yaponiyalılarla bacara bilər. Aaron Volf Macarıstanın payaxtı Budapeştdə keçirilmiş dünya çempionatında sizinlə eyni çəkidə yarışan Elmar Qasımovu 3-cü yer uğrunda görüşdə məğlub etmişdi. Amma bürünc medal yaponiyalı cüdoçular üçün zəif nəticədir. Bu baxımdan, hesab etmirsiniz, 100 kq Azərbaycanın olimpiya çempionluğu qazana biləcəyi əsas çəki dərəcəsidir?
- Deməzdim ki, biz yaponiyalılarla yalnız bu çəki dərəcəsində rəqabət apara bilərik. Güclü komandamız, yaxşı məşqçilərimiz var. Əzmlə çalışırq. Düşünürəm ki, istənilən çəkidə medal uğrunda vuruşa və onları məğlub edə bilərik. Hər şey yarışa, qələbəyə köklənmədən asılıdır. Volfa gəlincə, o, Vətənindəki olimpiadada ölkəsini təmsil edəcək, Yaponiyanın bir nömrəsidir. Əlimizdən gələni edəcəyik. Fikrimcə, daha yaxşı uğurlar qazanmaq üçün ən ideal vaxtdır. Bunu həm yaş, həm də şərait baxımından deyirəm.

- Böyük Dəbilqədə eyni qrupa düşdüyünüzdən, Elmar Qasımovla üz-üzə gələ bilərdiniz. Onunla görüşə hazır idiniz?
- Təbii ki, buna köklənmişdim. Bizim duelimiz 1/4 finala təsadüf etməli idi. Amma o, gözlənilmədən 1/8 finalda uduzdu. Nəticədə mən digər rəqiblə qarşılaşmalı oldum. Açığı, özümü psixoloji cəhətdən daha çox Elmarla görüşə hazırlamışdım. Sadəcə, belə alındı və duelimiz baş tutmadı.

- Qasımovla üz-üzə gəlsəydiniz, ona qarşı da amansız olacaqdınız?
- Elmarla yaxşı münasbətimiz var, dostuq. O, əla insandır, böyük ürəyi var. Amma tatamidə münasibətlər ikinci plana keçir. Çünki hər idmançı döşək üzərinə ən yaxşı olduğunu sübut etmək üçün çıxır. Üstəlik, bu, prinsipial qarşılaşmadırsa, intriqa daha böyük olur. Tatamidə düşmən olsaq da, kənarda qardaşıq. Düşünürəm ki, bu, normal haldır. Antalyaya yalnız qızıl medal arzusu ilə getmişdim.

- Bu qələbədən sonra reytinqdə Elmar Qasımovla xal fərqini daha da artırdınız. Demək olarmı ki, Tokio olimpiadasına yollanma şansınızı xeyli artırdınız?
- Bəli, elədir. Bizdə reytinq xalları əsas götürülür. Hələ bu turnirdən öncə Elmardan 347 xal öndə idim. Böyük Dəbilqədən sonra xal fərqimiz 1187-yə yüksəldi.

- Milliyətcə osetiyalısınız. Necə oldu ki, Azərbaycan millisinə gəldiniz?
- Daha əvvəl Ukrayna yığmasında çıxış edirdim. Azərbaycana 2015-ci ildə gəldim. Şəxsi məşqçim atamdır. O, Azərbaycan Cüdo Federasiyası ilə danışdı və daha sonra təklif gəldi. Artıq iki ildir Bakıya köçmüşəm, burada daimi yaşayıram. Azərbaycanda hər şey məni qane edir, insanlar qonaqpərvərdir. Azərbaycan xalqı döyüşkən olduğu kimi, həm də xoşxasiyyətlidir. Azərbaycanı təmsil etdiyim üçün həm qürur duyur, həm də sevinirəm. Bura da mənim evimdir. Məhz bu yığmaya düşdüyüm, bu cür məşqçilər heyəti ilə çalışdığım üçün şadam. Ölkədə idmana çox gözəl münasibət var, zəhmətin qiymətləndirilir. Özünü göstərməyin, inkişaf etməyin üçün sənən şans verilir. Mənim üçün bu, çox dəyərlidir, bu amili yüksək qiymətləndirirəm.

- Pandemiya bir çox idman növünə mənfi təsir edib. Cüdoda vəziyyət necədir?
- Açığı, 8 ay yarışsız qalmaq çox ağırdır. Bu cür şərtlərdə məşq etmək olduqca çətindir. Sabah nə baş verəcəyini billmirsən. Komandamızın bir çox üzvü bu virusa yoluxub. Özüm də ötən ilin iyununda yoluxmuşdum. Xəstəliyi çox ağır keçirdim. Ağciyərimin 55 faizi zədələnmişdi. Bir ay xəstəxanada yatdım. Daha sonra uzun müddət bərpa dövrü keçdim. Həmin vaxt öləcəyimi düşünürdüm. 12 kq arıqlamışdım. Təbii ki, xoş deyil. Xəstəliyi kimsə ağır, kimsə yüngül keçirir. Hərədə bir cür olur.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

Facebookdan bizi izləməyi unutmayın.
X